reklam
İdman mediasının vəziyyəti müzakirə olundu -
Sportfm.az xəbər saytı

İdman mediasının vəziyyəti müzakirə olundu -KİVDF rəhbəri ilə


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılovla Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev arasında görüş olub.

Sportfm.az xəbər verir ki, görüşdə idman mediasının bugünkü vəziyyəti müzakirə olunub.

Q.Mehdiyev KİVDF rəhbərinə bu sahədə olan problemlər barədə məlumat verib və bildirib ki, ölkədə KİV-in ən böyük qollarından sayılan idman mediasının dövlət dəstəyinə ehtiyacı var.

Görüş zamanı idman mediasının problemlərinin çıxış yolları, gələcəkdə iki qurum arasında əməkdaşlıq, eləcə də idman mediasını narahat edən məsələlərin birgə həlli müzakirə edilib.

Oxşar xəbərlər

MEDİA-nın icraçı direktoru idman mətbuatının durumunu müzakirə etdi
Vətən müharibəsində iştirak edən jurnalistlər mükafatlandırıldı - FOTO
"Bizdə yetərincə peşəkar idman jurnalistləri var" - Federasiya prezidenti
Yazı müsabiqəsi davam edir
İdman Jurnalistləri Federasiyası ilk toplantısını keçirdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər