Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasında - SİYAHISİYAHI
Dünyaca məşhur "France Football" nəşri futbol tarixinin ən yaxşı ikinci və üçüncü rəmzi yığmalarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ikinci dərəcəli "11-lik"də Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.
Rəmzi komandaya mərhum müdafiəçi ilə yanaşı, Braziliya yığmasının daha 3 üzvü daxil edilib.
Qapıçı: Canluici Buffon (İtaliya)
Müdafiəçilər: Karlos Alberto Torres, Roberto Karlos (hər ikisi Braziliya), Franko Barezi (İtaliya)
Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Frank Raykard (Niderland), Alfredo di Stefano (İspaniya), Qarrinça (Braziliya)
Hücumçular: Yohan Kroyf (Niderland), Ronaldinyo (Braziliya)
Rəmzi yığmaları "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinə başçılıq edib. Braziliyalı mütəxəssis 2016-cı ildə dünyasını dəyişib.
Oxşar xəbərlər
Futbol tarixinin rəmzi komandası - SİYAHI
Millimizin sabiq baş məşqçisi rəmzi komandada - SİYAHI
Futbol tarixinin rəmzi komandası - SİYAHI
Maradona var, Messi var, Ronaldo isə yoxdur
Milli komandamızın keçmiş baş məşqçisi dünyanın ən yaxşı futbolçuları sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası