Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamızın keçmiş baş məşqçisi dünyanın ən yaxşı futbolçuları sırasında
Tanınmış hollandiyalı futbolçu Yohan Kroyfun avtobioqrafik kitabı işıq üzü görüb. Sportfm.az xəbər verir ki, kitabda Kroyfun bütün zamanların ən yaxşı futbolçusu hesab etdiyi oyunçuların adları yer alıb. İdeal yığmada Lev Yaşin (Rusiya), Karlos Alberto Tores (Braziliya), Frants Bekkenbauer (Almaniya), Xosep Qvardiola (İspaniya), Rud Krol (Hollandiya), Alfredo di Stefano (Argentina), Bobbi Çarlton (İngiltərə), Qarrinça (Braziliya), Dieqo Maradona (Argentina), Pele (Braziliya) və Pit Keyzer (Hollandiya) yer alıb.
Lakin bu "11-lik"də Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messinin adı yoxdur.
Kroyf bu il martın 24-də 68 yaşında vəfat edib. O, futbolçu kimi Hollandiyanın "Ayaks" və İspaniyanın "Barselona" klublarının heyətində "Qızıl top"a layiq görülüb.
Qeyd edək ki, Karlos Alberto Torres 2004-2005 mövsümündə Azərbaycan millisinin baş məşqçisi olub.
Oxşar xəbərlər
Dünya çempionatları tarixinin ən yaxşıları - SİYAHI
Bütün zamanların rəmzi komandası - SİYAHI
Messi, Maradona, Ronaldo - 1, 2, 3
Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasında - SİYAHI SİYAHI
Maradona var, Messi var, Ronaldo isə yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası