reklam
Voleybol millilərimizin rəqibləri bəlli oldu -
Sportfm.az xəbər saytı

Voleybol millilərimizin rəqibləri bəlli oldu -AVRO-2023


Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.

Oxşar xəbərlər

Voleybolçularımız Tiflisə yola düşdü
Millimizin AVRO-2022-dəki rəqibləri bəlli oldu
Yığmalarımızın avrokuboklardakı rəqibləri bəlli oldu
Milli komandamızın rəqibləri məlum oldu
Azərbaycan millisi Macarıstana yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər