Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Nou Kamp" stadionuna Messinin adı veriləcək" -Prezidentliyə namizəd
İspaniyanın "Barselona" klubunun prezidentliyinə namizəd Emili Russo maraqlı təklif irəli sürüb.
Sportfm.az xəbər verir ki, Russo seçiləcəyi təqdirdə, argentinalı ulduz futbolçu Lionel Messinin şərəfinə "Nou Kamp" stadionunun adını dəyişdirməyi planlaşdırdığını söyləyib.
O deyib ki, prezident olsa arenanı "Nou Kamp Leo Messi" adlandırmaq üçün referendum keçirəcəklər.
Qeyd edək ki, Lionel Messi "Barselona"nın yetirməsidir və 2004-cü ildən əsas komandada çıxış edir. Hücumçu yayda Kataloniya klubunu tərk etmək istədiyini bildirib. Lakin rəhbərlik onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.
Oxşar xəbərlər
“Barselona” “Nou Kamp”a qayıdır - Tarix bəlli oldu
Ərəblərdən Messiyə fantastik təklif
"Qalib gəlsəm, Messi qalacaq" - Prezidentliyə namizəd
""Kamp Nou" üçün həqiqətən darıxmışam" - Lionel Messi
Messinin xəyalındakı futbol klubu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası