reklam
Millinin futbolçusu karyerasını bitirdi -
Sportfm.az xəbər saytı

Millinin futbolçusu karyerasını bitirdi -"Bu, ən düzgün qərardır"


Argentina millisinin, İngiltərə "Liverpul"u və İspaniya "Barselona"sının sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi "Goal" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, artıq futbolla vidalaşmağın vaxtı çatıb: "Son aylarda baş verənləri nəzərə alsaq, bu, ən düzgün qərardır. Hər zaman meydanda var gücümü ortaya qoymuşam".

Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb. O, həmçinin millinin heyətində 2 dəfə olimpiadanın qalibi olub.

Oxşar xəbərlər

Millinin sabiq üzvü karyerasını bitirdi
Tanınmış futbolçu millinin baş məşqçisi oldu - Təyinat
Millinin sabiq üzvü karyerasını bitirdi - 32 yaşında
Argentina millisinin baş məşqçisi istefa verdi
Argentina millisində daha 2 ulduz "söndü"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər