Millimiz "Zirə"yə məğlub oldu -Hazırlıq matçı
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran topu 82-ci dəqiqədə Tamerlan Burcəliyev rəqib qapısından keçirib.
“Zirə” oyuna bu start heyəti ilə çıxıb: Rəşad Əzizli, Sərtan Taşkın, Lazar Corceviç, Dimitrios Çantakias, Qismət Alıyev, Tural Bayramlı, İlkin Muradov, Riçard Almeyda, Ruslan Qurbanov, Ağabala Ramazanov (k), David Volkov.
Oyuna sonradan daxil olanlar: Kərim Diniyev, Şəhriyar Rəhimov, Hacıağa Hacılı, Əli Şirinov, Tamerlan Burcəliyev, Vüsal Əliyev.
Oxşar xəbərlər
"Qarabağ" - "Zirə" - START HEYƏTLƏR
"Keşlə" - "Zirə" - START HEYƏTLƏR
"Zirə" - "Qəbələ" - START HEYƏTLƏR
"Qarabağ" - "Zirə" - START HEYƏTLƏR
"Sabah" - "Zirə": START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası