reklam
Ronaldodan tarixi uğur -
Sportfm.az xəbər saytı

Ronaldodan tarixi uğur -100-cu qələbə


Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün Andorra ilə keçirilən yoldaşlıq matçı (7:0) əlamətdar olub.

Sportfm.az xəbər verir ki, bu görüşlə 35 yaşlı hücumçu yığmanın heyətində 100-cu qələbəsini qazanıb.

Ronaldo bu nailiyyətini öz İnstaqram hesabında belə şərh edib:  “Milli komadanın heyətində daha bir tarixi uğura nail olduğum üçün şadam”.

Bundan əlavə, oyunçu Avropada yığma ilə 100 qələbə səddinə çatan 4-cü futbolçu olub. İlk “3-lük”də İspaniya millisinin oyunçularından Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.

Qeyd edək ki, Ronaldonun Portuqaliya yığması ilə çıxdığı 168 oyunun 100-ü qələbə 42-si məğlubiyyət, 26-sı isə heç-heçə ilə başa çatıb. 

Oxşar xəbərlər

CR 7-dən yeni dünya rekordu
Ronaldo Xavini keçdi - Qələbələrinin sayına görə
Ronaldodan yeni rekord
Almaniya ilə matçda meydana çıxdı, rekorda yaxınlaşdı
Ronaldo Fiqunun rekorduna şərik oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər