reklam
Sportfm.az xəbər saytı

"Biz Azərbaycanı dəstəkləyirik" -İspaniyalı baş məşqçi


"Oyun bərabər səviyyədə keçdi. Sadəcə əks-hücumlar matçın taleyini həll etdi. Biz fürsətlərdən yararlana bilmədik, rəqib isə yaxşı istifadə etdi və qələbə qazandı".

Sportfm.az xəbər verir ki, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının V turunda evdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, həftəiçi məşqlərin gedişinə əsasən oyunlarda start heyətini müəyyənləşdirir: "Fərqli heyətə səbəb zədəlilərin olmasıdır. Buna göreə məcburi rotasiyalar edirik".

İspaniyalı baş məşqçi son günlər cəbhədə baş verən hadisələrə də münasibət bildirib: "Biz idman adamıyıq. Ölkəmizin mövqeyi bəllidir: Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman insan itkisinə səbəb olur".

Oxşar xəbərlər

"Ayağımızda top görmədim" - Visente Qomes
"Keşlə"də hər artıq çəkiyə görə cərimələr var" - Yunis Hüseynov
"Hər şey bizim əleyhimizədir" - Visente Qomes
"Azlıqda qalmaq işimizi çətinləşdirdi" - "Sabah"ın baş məşqçisi
"İmkanlarımızdan yararlana bilmədik" - Rəşad Sadıqov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər