Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" liderliyə yüksəldi -VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, günün ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib.
ASK Arenadakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 69-cu dəqiqədə Namiq Ələsgərov fərqlənib.
Komandalar meydana birgə pankartla çıxıblar. Pankartda "Biz birlikdə güclüyük" yazılıb.
Bu nəticədən sonra "Neftçi" 13 xalla ilk pilləyə yüksəlib.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Səbail"lə heç-heçə edib - 1:1. Tura oktyabrın 25-də keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Qəbələ"dən darmadağın - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Neftçi" minimal hesabla qalib gəldi - Premyer Liqa
"Qəbələ" səfərdən 3 xalla dönür - Premyer Liqa
"Neftçi" "Səbail"lə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası