"Qarabağ" "Qalatasaray" və "Fənərbağça"dan önə keçdi -Yeni reytinq
Avrokuboklarda qrup mərhələsinin ilk turundan sonra klubların yeni reytinq cədvəli açıqlanıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanın ən yüksək göstəriciyə malik təmsilçisi "Qarabağ"dı. Bu mövsüm aktivinə 3 xal əlavə edən Ağdam klubu ümumi 21,000 xalla qitənin 64-cüsüdü. "Atlılar" bu pilləni "Styaua" (Rumıniya) ilə bölüşür. Təmsilçimiz "Milan", PSV kimi komandalardan 1 xal geri qalır, eyni zamanda "Qalatasaray", "Fənərbağça", "Qlazqo" kimi kollektivlərdən öndə qərarlaşıb.
Azərbaycan klubları arasında ikinci ən yaxşı göstərici "Qəbələ"dədi. "Qırmızı-qaralar" 5,500 xalla 198-207-ci pillələri bölüşür. "Neftçi" isə 5,000 xalla 222-227-ci yerlərə şərikdi.
"Keşlə", "Sumqayıt", "Zirə", "Səbail" və "Kəpəz" də siyahıda yer alıb. 3,325 xalı olan bu komandalar (bu həm də ölkənin ümumi orta əmsalıdı) 301-305-ci pillələri bölüşdürür.
Oxşar xəbərlər
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
"Neftçi" 11 pillə irəlilədi - UEFA reytinqi
"Qarabağ" "Başakşəhər"lə "Milan"ı qabaqladı - UEFA reytinqi
Klubların UEFA reytinqindəki mövqeyi açıqlandı
"Kəpəz" ermənilərlə eyni sırada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası