Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Real"ın oyunçusundan yeni rekord -15 saniyəyə qol vurdu
"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 20 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin ilk turunda evdə Ukrayna "Şaxtyor"una qarşı matçda nail olub. Belə ki, o, 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra rəqib qapısına qol vurub. Bu, rəsmi statistikanın qeydə alınmağa başladığı 2006/2007 mövsümündən indiyə kimi rekord göstəricidir.
Qeyd edək ki, sözügedən görüş Donetsk təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Abubakar ilk afrikalı oldu - Tarixi rekord
Almaniya millisində rekord - Ən gənc qol vuran futbolçu
Çempionlar Liqasında yeni rekord
“Bavariya”da yeni rekord
David de Xeadan yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası