"Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır" -İsrailli futbolçu
"Qarabağ" "Makkabi"nin basketbol komandasına oxşayır. Çempionat oyunlarında azarkeş az olur. Mən "Simurq"da çıxış edərkən ev matçımızı 2 000 fanat izləyirdi. "Qarabağ"ın oyunlarına isə cəmi 200 nəfər gəlirdi. İndi vəziyyət dəyişib".
Sportfm.az xəbər verir ki, bu fikirləri Zaqatalanın "Simurq" klubunun sabiq futbolçusu İdan Vaytsman UEFA Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Təl-Əviv təmsilçisi "Makkabi" ilə qarşılaşacaq "Qarabağ" haqqında danışarkən deyib.
İsrailli müdafiəçi bildirib ki, avrokuboklarda uğurlu çıxış etdikdən sonra Ağdam klubu ölkədə məşhurlaşmağa başlayıb: "Bu, hazırda Azərbaycanın ən yaxşı komandasıdır. Çox sayda azarkeşi var. Bu, "Qarabağ"ın avrokubok matçlarında da öz əksini tapır. Stadionda 20-30 min insan olur".
35 yaşlı futbolçu Ermənistanı təxribatçı ölkə adlandırıb: "Orada oynayanda müharibə gündəmdə deyildi. Amma indi Azərbaycandakı tanışlarlar deyirlər ki, vəziyyət dəyişib. Ermənilər hətta ölkənin ən böyük ikinci şəhəri olan Gəncəyə raket atıblar. Bu isə açıq-aşkar təxribatdır".
Vaytsman "Simurq"un formasını 2013 - 2015-ci illərdə geyinib.
Qeyd edək ki, bu gün Təl-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı" - Ansi Aqolli
"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı
"Qarabağ" "Makkabi"ni məğlub edə bilər" - Əmir Ağayev
"Qarabağ" "Makkabi" qarşısına 2 itki ilə çıxacaq
"Qarabağ"ın rəqibi testlərin nəticəsini açıqladı - İnfeksiya aşkarlanmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası