Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi tarixi rekorda imza atdı
“Barselona”nın kapitanı Lionel Messi Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı hücumçu buna qrup mərhələsinin 1-ci turunda ötən gün keçirilən “Ferentsvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən argentinalı oyunçu turnirin ardıcıl 16 mövsümündə (2005/06-cı illər mövsümündən bu günədək) fərqlənməyi bacaran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Messi bu mövsüm bütün çempionatlar daxil olmaqla 5 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Oxşar xəbərlər
Messi yeni rekorda imza atdı
Messi futbol tarixinə görün nə ilə düşdü...
Messidən yeni rekord - 506-cı oyun
Lionel Messi yeni uğura imza atdı - Çempionlar Liqası
Messi rekorda doymur - Ronaldonu da geridə qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası