reklam
Sportfm.az xəbər saytı

"Deyilənlər yalandır, protokolu pozmamışam" -Kriştiano Ronaldo


Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirus qaydalarını pozduğu xəbərlərinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, koronavirusa yoluxan 35 yaşlı hücumçu "Football Italia" nəşrinə açıqlamasında bütün qaydalara riayət etdiyini söyləyib. O, İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını vurğulayıb:

"Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Vaxt keçsin deyə günəş vannası qəbul edirəm. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam. Təcili yardımla İtaliyaya qayıtdım və Turində də heç kimlə əlaqə qurmadım".

Qeyd edək ki, oktyabrın 13-də Kriştiano Ronaldoda koronavirus aşkarlanıb.

Oxşar xəbərlər

Millimizin oyunu Turində keçiriləcək - Ronaldoya görə
Ronaldo yerində durmur - Karantin qaydalarını pozdu
Ronaldu İtaliyaya təcili yardım maşını ilə getdi - Koronavirusa görə
Kriştiano Ronaldo karantindən çıxdı
Ronaldo İtaliyaya qayıtmaqdan imtina etdi - Dibalaya görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər