Həbib və Getji arasında döyüşü tamaşaçılar canlı izləyəcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər.
Sportfm.az xəbər verir ki, hazırda tamaşaçıların görüşə necə cəlb ediləcəyi ilə bağlı müzakirələr aparılır. Məlumatda qeyd edilir ki, bu zaman sağlamlıq və təhlükəsizlik prioritet olaraq qalacaq.
Qeyd edək ki, H.Nurməhəmmədov və C.Getji arasında döyüş oktyabrın 24-də təşkil olunacaq.
H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.
Oxşar xəbərlər
Həbib oktaqonda son qələbəsini qazandı
Həbib Ferqyusonla döyüşün şərtlərini açıqladı - "Top 5-dən birini məğlub etsin"
Toni Ferqyuson məğlub oldu - Yeni dünya çempionu Getjdir
Həbib Nurməhəmmədov ikinci oldu
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası