reklam
Sportfm.az xəbər saytı

"Azərbaycandan gələn təklifi klubum qəbul etmədi" -Braziliyalı futbolçu


“Qəbələ”nin transfer gündəmində olan Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşanın yeni komandası müəyyənləşib.

Sportfm.az xəbər verir ki, 22 yaşlı forvard Braziliyanın C seriyasında çıxış edəcək.

“Qəbələ” ilə danışıqları uğursuz nəticələnən Eronildo “Remo” klubuna 3 aylıq icarəyə verilib. Futbolçu özü mətbuat konfransında ölkəmizdən aldığı təklifin ürəyincə olmadığını deyib: “Azərbaycandan gələn təklifi klubum “Vitoriya” qəbul etmədi, çünki şərtlər əlverişli deyildi. Ancaq “Remo”ya keçmək üçün ikinci dəfə düşünməyə ehtiyac duymadım”. 

Qeyd edək ki, “Vitoriya” ilə müqavilə müddəti 2021-ci ilin sonuna qədər olan Eronildonu “Qəbələ” birillik icarəyə götürməyə çalışıb. Forvard 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.

Oxşar xəbərlər

Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
Maçado "Neftçi"də - RƏSMİ
“Qarabağ”da qanalı hücumçu - Razılığa gəlindi
Burak Yılmaz Türkiyəyə qayıdır - İddia
Braziliyalı hücumçu Azərbaycan klubunun hədəfində - Danışıqlar uğursuz nəticələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər