"Qarabağ"dan açıqlama -Ev oyunları ilə bağlı
"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirmək barədə düşünmür.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.
Onun sözlərinə görə, sözügedən məsələ ətrafında qitə futbol qurumu ilə hər hansı müzakirə olmayıb.
Əsgərov bildirib ki, qrup mərhələsinin təqvimində ev matçlarının yeri kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib: "UEFA dünən həm oyun saatlarını, həm də stadionları açıqladı. Orada mərkəzi arena qeyd olunub. Bakıdakı matçların saatı isə 21:55-dir. Ümumiyyətlə, neytral meydan barədə klubla UEFA arasında heç bir danışıq olmayıb. Hələ belə bir məsələ gündəmdə deyil".
Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə İ qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək. (Report)
Oxşar xəbərlər
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Qarabağ" UEFA-ya müraciət ünvanladı - RƏSMİ
"Qarabağ" açıqladı - Ev oyunlarını Türkiyədə keçirmək istəyir
UEFA Norveçə məktub göndərdi - "Qarabağ"ın matçına görə
"Qarabağ"ın oyunlarının başlama saatı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası