reklam
Azərbaycan Qazaxıstanı 1,000 xal üstələdi -
Sportfm.az xəbər saytı

Azərbaycan Qazaxıstanı 1,000 xal üstələdi -UEFA reytinqi


Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib. 

Sportfm.az xəbər verir ki, "Qarabağ" Polşa "Legiya"sı üzərində 3:0 hesablı qələbə sayəsində Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb. Bununla da ölkəmiz ümumi xal sayını 16,625-ə yüksəldərək, Qazaxıstanı 1,000 xal üstələyib.

Lakin 26-cı pillədən irəli getmək mümkün olmayıb. Səbəb 25-ci pillədəki Rumıniyanın aktivinə, ÇFR komandası qrupa yüksəldiyi üçün 0,375 xalın gəlməsidir. Hazırda bu ölkənin 17,200 xalı var. 

Reytinq siyahısında irəliləyişə isə Macarıstan nail olub. "Ferentsvaroş"un uğuru sayəsində xalını 15,250-yə çatdıran "qırmızı-yaşıllar" 28-ci yerdə gedir. 15,250 xalı olan Belarus 29-cu pillədə qalıb. 30-cu yerdə gedən Polşa Avropa Liqasının qrup mərhələsində yalnız "Lex" komandası ilə təmsil olunacaq. Hazırda 30-cu pillədə yer alan ölkənin, bütün təmsilçilərini itirən Belarusu tezliklə keçəcəyi istisna deyil.     

Oxşar xəbərlər

"Qarabağ" Azərbaycanın reytinqini artırdı - UEFA
Qalib gəlsək də, yermizdə qaldıq - Reytinq cədvəli
Ölkəmiz xal ehtiyatını artırdı - UEFA reytinqi
"Qarabağ" Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırdı
"Neftçi" Azərbaycanın aktivinə reytinq xalı yazdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər