Qrup mərhələsinə kim vəsiqə qazanacaq? -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 3 matçı keçiriləcək.
Sportfm.az xəbər verir ki, son oyun günündəki qarşılaşmaların ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
PAOK Rusiyada 1:2 hesabı ilə uduzduğu "Krasnodar"ı qəbul edəcək.
İlk görüşdə bu hesabla qələbə qazanmış "Zaltsburq" Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandasını sınağa çəkəcək.
"Midtüllann" isə Çexiyada qolsuz heç-heçə etdiyi "Slaviya" ilə Danimarkada üz-üzə gələcək.
Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.
30 sentyabr
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)
İlk oyun - 1:2
23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)
İlk oyun - 2:1
23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 0:0
Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb. Belçikanın "Gent", Norveçin "Molde" və Kiprin "Omoniya" klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Oxşar xəbərlər
Qrup mərhələsinə yüksələn son 3 komanda - Çempionlar Liqası
Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir - Çempionlar Liqası
Pley-off mərhələsinin daha üç oyunu keçiriləcək - Çempionlar Liqası
Pley-off cütləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün 5 oyun keçiriləcək - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası