Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Superkubok oyununa satılmış biletlərin sayı -15 500
UEFA Super Kubokunda Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında bugünkü matçı stadiondan izləyəcək azarkeşlərin sayı məlum olub.
Sportfm.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki 60 min tamaşaçı tutumuna malik "Ferents Puşkaş" stadionunda oynanılacaq qarşılaşma üçün 15 500 bilet satılıb.
Qitə futbol qurumu oyun zamanı azarkeşlərin riayət etməli olduqları təhlükəsizlik qaydalarını da açıqlayıb. Fanatlar 1,5 metrlik sosial məsafəni qorumalı, stadiona daxil olduqdan sonra bunu etmək mümkün olmadıqda qoruyucu maskadan istifadə etməlidirlər.
Qeyd edək ki, "Bavariya" - "Sevilya" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
“Qarabağ” – “Bayer” oyununa satılan biletlərin sayı açıqlandı - Avropa Liqası
“Qarabağ”- “Molde” matçına satılmış biletlərin sayı - 12 500
Avrokubok matçına satılmış biletlərin sayı - 15 min bilet
"Bavariya" azarkeşlər jest - Öz hesabına test etdirəcək
Sərhədlər bağlanır - Super Kubok uğrunda matç təhlükədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası