
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Osaka “US Open” turnirinin qalibi oldu -İkinci dəfə
Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.
Sportfm.az xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.
Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.
İyirmi iki yaşlı tennisisçi karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi adını qazanıb.
O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.
Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.
Oxşar xəbərlər
18 yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi oldu
61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
Açıq çempionatda finalçılar bilindi - Azarenko - Osaka
Dünyanın ən çox qazanan idmançısı - 37,4 milyon dollar
Yaponiyalı idmançı “Australian Open-2019” turnirinin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin