"Sadəcə hislərimi cilovlaya bilmədim" -Mahir Emreli üzr istədi
Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda (1:2) sonra oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması barədə danışıb.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu bunları deyib:
“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandaya və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam” (azerisport.com).
Oxşar xəbərlər
Emrelinin məşqçisi azarkeşlərdən üzr istədi
"Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm" - Rafael Ağayev
"Hakimlik bərbad idi" - Aftandil Hacıyev
"Qələbə qazanmağı bacardıq” - Səlahət Ağayev
Endi Hallidey: "Liderlərə çatmaq üçün çox çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası