Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA yeni şirkətlə tərəfdaşlıq edəcək -2022-ci ilin sonunadək
AFFA və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair razılığa gəlinib.
Sportfm.az xəbər verir ki, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi səbəbindən imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satışı məqsədilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.

Oxşar xəbərlər
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı - FOTO
Rusiya millisi “Adidas”dan imtina etdi
Sponsorluq müqaviləsi imzalandı - FOTO
AFFA Türkiyə şirkəti ilə müqavilə bağlayır
“Fənərbaxça” AFFA-nın sponsoruyla anlaşdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası