Rusiya millisi “Adidas”dan imtina etdi
Rusiya Futbol İttifaqı (RFS) 2023-cü ildə “Adidas” avadanlıqlarından istifadədən imtina edəcək.
Sportfm.az xəbər verir ki, milli komandanın yeni texniki sponsoru olacaq.
Bu barədə RFS prezidenti Aleksandr Dyukov məlumat verib.
Qurum rəhbəri qeyd edib ki, 2023-cü ildə komandanın geyim dəsti “Adidas”dan olmayacaq: “Yeni tərəfdaş birinci rübdə olacaq. Hazırda bununla bağlı danışıqlar aparırıq”.
Rusiya Futbol İttifaqı 2008-ci ildən alman şirkəti ilə əməkdaşlıq edir. 2021-ci ilin avqustunda tərəflər 2026-cı ilə qədər hesablanmış yeni müqavilə imzalasalar da, ötən ilin martında “Adidas” tərəfdaşlıq müqaviləsini birtərəfli dayandırıb.
Qeyd edək ki, fevralın 28-də Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.
Oxşar xəbərlər
Rusiya millisi siyahıya daxil edilmədi - UEFA-dan yeni qərar
Adidas Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı - Qərar
“Adidas” Özillə əməkdaşlığa son qoydu
“Real” 1,1 milyard avro qazanacaq
"Qarabağ"ın rəqibindən 340 milyon avroluq anlaşma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası