reklam
Sportfm.az xəbər saytı

"Neftçi" - "Qalatasaray" oyunu azarkeşlərlə keçirilə bilərmi? -UEFA açıqladı


UEFA "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin oyununun məhdud sayda azarkeşin iştirakı ilə keçirilmə ehtimalına münasibətini açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu sorğuya cavab olaraq bildirib.

Qurum İcraiyyə Komitəsinin avrokubok oyunlarının gələcək məlumatlandırmayadək qapalı şəraitdə təşkil olunacağına dair qərar çıxardığını xatırladıb.

UEFA Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 24-də məhdud sayda azarkeşin iştirakı ilə Almaniya "Bavariya"sı ilə İspaniya "Sevilya"sı arasında oynanılacaq UEFA Super Kuboku qarşılaşmasının sınaq xarakteri daşıyacağını əlavə edib.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq. (Report)

Oxşar xəbərlər

"Neftçi" - "Qalatasaray" oyununun stadionu dəyişdirildi
"Qalatasaray"da ilin futbolçusu - Rayan Donk
"Neftçi" - "Qalatasaray" oyununun hakimləri bilindi
Türkiyəli məşqçilər "Neftçi"ni təhlil edir - Terim tapşırıq verdi
"Qalatasaray"la oyunumuz tarixə düşəcək" - Kamran Quliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər