reklam
Qəbələdə bərabərlik -
Sportfm.az xəbər saytı

Qəbələdə bərabərlik -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma baş tutacaq.

"Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü "Qəbələ"yə qarşı keçirəcək.

İndiyədək çempionatda 19 dəfə qarşılaşan tərəflərin duellərində əyalət təmsilçisi daha çox - 7 dəfə qələbə qazanıb. 8 görüş heç-heçə bitibsə, 4 oyunda "qartallar" qalib gəliblər. Topların fərqi də "qırmızı-qaralar"ın xeyirinədir - 24:16.

Son 6 görüşdə uduzmayan “Qəbələ” 5 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” isə səfərdə 7 oyundur qalib gəlmir.

Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)

“Qəbələ” – “Zirə” - 1:1

Qollar: Asif Məmmədov, 3 - Ağabala Ramazanov, 28


Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 19:00.

 

Oxşar xəbərlər

"Neftçi" bu dəfə də uduzsa.... Misli Premyer Liqası
"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Qəbələ" uğurlu seriyanı davam etdirəcəkmi? - YENİLƏNİR
"Qəbələ" - "Zirə" görüşünün təyinatları açıqlandı
"Qəbələ" "Zirə"yə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər