Almaniyanın “Bavariya” və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq.
4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ – “Bavariya” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.