reklam
Nurlan qələbəyə töhfə verdi -
Sportfm.az xəbər saytı

Nurlan qələbəyə töhfə verdi -Estoniya çempionatı


Futbol üzrə Estoniya çemponatında 17-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 26-cı dəqiqədə vurduğu qələbə qolunun məhsuldar ötürməsini də məhz Nurlan verib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 17 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Novruzovun komandası doğma meydanda xal itirdi - 1:2
Novruzovun komandası səfərdə qələbə qazandı
Novruzovun yoxluğu komandasına mənfi təsir etdi
Novruzovun komandası yenə məğlub oldu
Nurlan Novruzov sona qədər meydanda oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər