Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Geyci ilə döyüş ilin ən yaxşısı olacaq" -Həbib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov amerikalı rəqibi Castin Geycinin sözlərinə cavab verib.
Sportfm.az xəbər verir ki, ABŞ təmsilçisinin ESPN nəşrinin "Instagram" hesabında döyüşlə bağlı fikirləri yer alıb. Geyci Nurməhəmmədovla görüş barədə iddialı danışıb: "Qarşımda çox da böyük olmayan zona yer alacaq. Bu, ölüm zonasıdır. Həbib hər dəfə bu zonaya düşəndə mən ölüm hədəsi daşımalıyam. Ona görə yaxşıyam ki, qırğın törədəcəyəm".
Rusiyalı döyüşçü isə bu posta belə şərh yazıb: "Səviyyə. Onun sözləri və özünə inamı xoşuma gəlir. Bu döyüş bu ilin ən yaxşısı olacağını vəd edir. Dünyaya göstərməyə nəyimsə var".
Oxşar xəbərlər
Yaxınları Həbibin döyüşünə buraxılmadı - Açıqlama
Tramp Həbibi dünyanın ən güclü döyüşçüsü adlandırdı
Həbib son döyüşünə hazırlaşır
Həbib Nurməhəmmədov döyüşdən imtina etdi
Nurməhəmmədov - Geyci döyüşünün dəqiq tarixi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası