"Mançester Yunayted" "Kopenhagen"ə, "İnter" "Bayer"ə qarşı -YENİLƏNİR
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.
İlk oyun günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Dusseldorfda Almaniya "Bayer"inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası
1/4 final mərhələsi
10 avqust
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar xəbərlər
“Sevilya” “Vulverhempton”a qarşı - Avropa Liqası
“İnter”lə “Mançester Yunayted” yarımfinalda! - Avropa Liqası
Avropa Liqasında bütün 1/4 finalçılar bilindi - SİYAHI
Avropa Liqası: 1/8 finala kimlər vəsiqə qazanacaq?
Avropa Liqasında 1/16 finala start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası