reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" məşqçisi ilə vidalaşdı -Azər Bağırov getdi


“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb. Klubda 2019-cu ilin oktyabrından çalışan mütəxəssis 2019/2020 mövsümündə məşqçi funksiyasını yerinə yetirib.

Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan Kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.

“Qəbələ” Bağırova komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər

“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ"də yeni məşqçi - Dəyişiklik
31-ci dueldən kim qalib ayrılacaq?
"Qəbələ" "Zirə" ilə 20-ci dəfə görüşəcək
"Qəbələ"də yeni məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər