SPORTFM.AZ
reklam
Mert Çetin İtaliya klubuna lazım olmadı -
Sportfm.az xəbər saytı

Mert Çetin İtaliya klubuna lazım olmadı -"Verona"ya keçdi


İtaliyanın “Roma” klubu Kris Smollinqin ardından daha iki müdafiəçisi ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi Davide Zappakosta və Mert Çetinlə vidalaşıb.

Zappakosta icarə müddəti bitdiyi üçün komandadan gedib. O, müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb. İtaliyan sağ cinah müdafiəçisi mövsümün əvvəlindən “Roma”da çıxış edirdi.

Mert Çetin isə “Verona”ya icarəyə göndərilib. Mövsümün əvvəlində “Gənclərbirliyi”ndən transfer olunan 23 yaşlı mərkəz müdafiəçisi “canavarlar”ın heyətində mütəmadi şans qazana bilmirdi. Bu üzdən də o, A Seriyasının digər təmsilçisinə icarəyə getməyi üstün tutub. “Roma” oyunçusunu satınalma şərti ilə bir illik icarəyə verib.

Oxşar xəbərlər

Flavio Trabzondan getdi - İcarəyə
Azərbaycanlı futbolçu Latviya klubuna lazım olmadı
Millinin üzvü “Roma”da - 2 illik icarə
“Roma”nın türk futbolçusu “Verona”da - RƏSMİ
Daha bir türk futbolçu "Roma"da çıxış edəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər