reklam
Yaşar Vahabzadə
Sportfm.az xəbər saytı

Yaşar Vahabzadə "Kəpəz"də qalır -RƏSMİ


"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə yeni müqavilə imzalayıb.

Sportm.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru İlqar Nadiri mətbuat xidmətinə məlumat verib: 

“Operativ Qərargahın avqustun 3-də keçirilən iclası hamını maraqlandırırdı. Biz futbol adamları gözləyirdik ki, idmanla bağlı yumşalmalar olar, komandaların məşqlərə başlamasına icazə verilər. Başa düşürük ki, atılan addımlar, verilən qərarlar insanları xəstəlikdən qorumaq üçündür və bunu qiymətləndiririk. İnşallah, yaxın zamanlarda dəyişiklik olar və hazırlığa start verərik. Buna ümid edirik. 

Azarkeşlər də tez-tez sual verirlər, vəziyyətlə maraqlanırlar. Hamı futbol üçün çox darıxıb. Ötən mövsüm yarımçıq dayandırıldığından komandamız mart ayının 12-dən oyun keçirmir. Arada uzun fasilə yaranıb. Odur ki, futbolsevərlər növbəti çempionatın başlamasını sərbsizliklə gözləyirlər. Amma fanatlar bilsin ki, komanda məşqlərə başlamasa da, meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışırıq. 

İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da “Kəpəz”i çalışdıracaq. Yaşar müəllim də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.

Oxşar xəbərlər

"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi - RƏSMİ
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - Daha 1 il
"Kəpəz" Yaşar Vahabzadə ilə davam edəcək - 1 illik müqavilə
Yaşar Vahabzadə Gəncədə qalır
Yaşar Vahabzadə yenidən məşqçi kimi çalışacaq - özü də Gəncədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər