Azərbaycan Premyer Liqasının yeni mövsümü avqust ayında başlamayacaq?
Azərbaycanda yeni futbol mövsümü planlaşdırıldığı kimi avqustun 21-də başlamaya bilər.
Sportfm.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün açıqladığı qərarlar bunu deməyə əsası verir. Ölkə ərazisində avqustun 31-dək bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi qadağan olunub. Bu isə həm də avrokuboklarda iştirak edəcək Azərbaycan klublarının rəqiblərini evdə qəbul etməsinə imkan vermir.
Əgər o zamana qədər yeni bir qərar qəbul edilməsə avqustn 21-də Premyer Liqanın atart götürməsi və ayın sonunadək klubların avrokubok oyunlarını keçirməsi mümkün olmayacaq. Ya da məcburən Qəbələdə meydana çıxmalı olacaqlar.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ilk oyununu avqustun 18-i və ya 19-u keçirməlidi. Komandanın evdə, yaxud səfərdə oynayacağını püşk müəyyənlədirəcək.
Oxşar xəbərlər
Azərbaycanda idman tədbirləri ilə bağlı məhdudiyyətlərə son - Qərar
Azərbaycanda açıq havada idman yarışlarına icazə verildi - 10 avqusutdan
Azərbaycan klubları Gürcüstana köçür - Avrokubok oyunları üçün
Azərbaycan çempionatının yeni mövsümü də təxirə salınır?
Azərbaycan Premyer Liqasının təqvimi dəyişəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası