reklam
Futbol yığmamız nə vaxt bir araya gələcək? -
Sportfm.az xəbər saytı

Futbol yığmamız nə vaxt bir araya gələcək? -Bilindi


Milli komandamızın təlim-məşq toplanışının vaxtı məlum olub.

Sportfm.az xəbər verir ki, bunu yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi alacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında deyib.

De Byazinin korpusunda fikizi hazırlıq üzrə məşqçi kimi yer alacaq italiyalı mütəxəssis yeni işi ilə bağlı danışarkən millinin hazırlıq prosesinin başlanacağı tarixi də açıqlayıb:

“Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki, avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var" - deyə o bildirib.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.(qol.az)

 

Oxşar xəbərlər

Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək
Yığmamız toplanışa nə vaxt başlayacaq? - Ramin Musayev açıqladı
Ayda 10 gün Azərbaycanda işləyəcək - De Byazinin köməkçisi
Millimizdə daha bir italiyalı məşqçi
Canni De Byazinin daha iki köməkçisinin kimliyinə aydınlıq gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər