reklam
Premyer Liqamızda yeni mövsümün startı ilə bağlı açıqlama
Sportfm.az xəbər saytı

Premyer Liqamızda yeni mövsümün startı ilə bağlı açıqlama


Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqust ayında başlayacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, çempionatın startı ilə bağlı gələn ay üçün müxtəlif tarixlər müzakirə olunur: “İşçi qrupu bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə əlaqədar çıxaracağı yeni qərardan asılıdır. Hər gün statistikada dəyişiklik olur. Ona görə də işçi qrupu bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.

A.Şahgəldiyev “mövsümün startı ən pis halda nə vaxta qədər uzana bilər” sualını isə belə cavablandırıb: “Biz pis tərəfini düşünmürük. Bizim düşündüyümüz yalnız odur ki, çempionat avqust ayında başlasın”.

Xatırladaq ki, Premyer Liqamızda 2019/2020 mövsümü koronavirus pandemiyasına görə erkən başa vurulub və lider “Qarabağ” çempion elan edilib. (Qol.az)

Oxşar xəbərlər

Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti oldu - Təyinat
Yeni mövsümün püşkü atıldı - Azərbaycan Premyer Liqasında
Azərbaycanda yeni mövsüm nə vaxt başlayacaq? - Sualın cavabı
Premyer Liqanın taleyi necə olacaq? - PFL rəsmisi açıqladı
Klublarımıza məşq üçün icazə verilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər