reklam
Premyer Liqanın taleyi necə olacaq? -
Sportfm.az xəbər saytı

Premyer Liqanın taleyi necə olacaq? -PFL rəsmisi açıqladı


Azərbaycan Premyer Liqasında koronavirus pandemiyasına görə mövsümün bərpa olunub-olunmayacağı sual altındadır.

Sportfm.az xəbər verir ki, ölkədə xüsusi karantin rejiminin mayın 4-nə qədər davam edəcəyini nəzərə alsaq, Premyer Liqanın ən tez mayın sonunda bərpa oluna biləcəyini ehtimal etmək olar. Bəs Premyer Liqanın bərpa olunması və ya mövsümün erkən bitirilməsiylə bağlı hansı variantlar var? Bununla bağlı Peşəkar Futbol Liqasının (PFL) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq:

“UEFA-nın son iclasında ölkə çempionatlarında mövsümün tamamlanmasıyla bağlı fikirlər irəli sürülüb. UEFA yerli çempionatlarda mövsümün qalan hissəsinin oynanılmasını və tamamlanmasını istəyir. Həm biz, həm də AFFA bu məsələylə bağlı daim müzakirələr aparırıq. Hazırda konkret bir qərar yoxdur. Ancaq UEFA-nın hazırkı tələbi ölkə çempionatlarının oynanılmasıdır”.

Şahgəldiyev, Premyer Liqanın bərpa olunmasıyla bağlı bir neçə variant müzakirə etdiklərini, ancaq bu variantları hələ müzakirə olduğu üçün açıqlamaq istəmədiklərini dedi:

“Çempionatın bərpası və ya tamamlanmasıyla bağlı mütəmadi olaraq AFFA və klublarla müzakirələr aparılır. Klublara müəyyən təkliflərimiz var. Amma bunları müzakirə səviyyəsində olduğu üçün açıqlamaq istəmirəm. Müzakirələrdən sonra hansısa qərar qəbul edilsə, rəsmən ictimaiyyətə elan olunacaq”.

PFL-in sözcüsü, klubların məşqlərə yalnız mayın 4-dən sonra başlaya biləcəyini də əlavə edib:

“Ölkə ərazisində təyin edilən xüsusi karantin rejiminə hamımız əməl etməliyik. İndi bunun müddəti mayın 4-nə qədərdir. Klubların məşq etməsinə icazə yoxdur. Ancaq klublarımız ev şəraitində futbolçularla fərdi məşqlər edir. Hələ ki, son gün mayın 4-üdür. Bu tarixə kimi gözləmək məcburiyyətindəyik”. (komanda.az)

Oxşar xəbərlər

"Hamımız Premyer Liqanın taleyini gözləyirik" - Merab Qiqauri
PFL-dən Premyer Liqa ilə bağlı açıqlama - RƏSMİ
Gənclər Liqasının bərpa tarixi açıqlandı
Premyer Liqanın bərpa vaxtı açıqlandı
Klublarımıza məşq üçün icazə verilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər