reklam
Millimizin futbolçusu çempionu oldu -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu çempionu oldu -Türkiyə


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "Başakşehir" klubunda çıxış edən üzvü Emre Kaplan Türkiyə çempionu olub. 

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Superliqanın bərpasından sonra əsas komandaya cəlb edilib. 

Buna baxmayaraq, baş məşqçi Okan Buruk gənc oyunçuya şans verməyib. Kaplan "Başakşehir"in iyulun 4-də səfərdə "Antalyaspor"u 2:0 hesabı ilə məğlub etdiyi görüşdə və iyunun 28-də səfərdə "Qalatasaray"la 1:1 hesablı bərabərə qaldıqları matçda ehtiyat oyunçular skamyasında əyləşib. 

Beləliklə, o, çempionluq qazanan heyətdə yer alıb. Bu münasibətlə AFFA "Instagram" hesabı vasitəsilə Kaplanı təbrik edib. 

Qeyd edək ki, Emre Kaplan ilk olaraq 2019-cu ilin oktyabrında Azərbaycanın U-19 millisinə dəvət alıb. 

Oxşar xəbərlər

Azərbaycan millisinin futbolçusu "Hatayspor"da - Müqavilə
Millimizdən imtina etdi, Türkiyə yığmasına dəvət aldı
Millimizin oyunçusu Türkiyə yığmasında - Yığmamızdan imtina etdi
Millimizin futbolçusu ÇL oyunları üçün sifariş edildi
"Başakşehir"in futbolçusu millimizin heyətində - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər