reklam
Millimizin mövqeyi dəyişməz qaldı
Sportfm.az xəbər saytı

Millimizin mövqeyi dəyişməz qaldı


FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Digər komandaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.

Qeyd edək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçi postu üçün italiyalı Cianni De Byazi ilə müqavilə imzalayacaq. 

Oxşar xəbərlər

Azərbaycan millisinin mövqeyi dəyişmədi - FIFA reytinqi
Millimizin FIFA reytinqindəki mövqeyi dəyişmədi
Millimiz FİFA reytinqində neçəncidir? - SİYAHI
Azərbaycan millisi yerində qaldı
Millimiz FIFA reytinqində gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər