Ayxan Abbasov “Sumqayıt”dan getmədi -RƏSMİ
2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” klubu ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.
Sportfm.az xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də “Sumqayıt”ın “sükanı arxasında” olacaq.
Yeni müqavilə imzalayan Abbasov klubun saytına fikirlərini də bildirib:
“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”.
“Sumqayıt” 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
“Sumqayıt” Ayxan Abbasovla yollarını ayırdı - RƏSMİ
Ayxan Abbasov “Sumqayıt”la davam edəcək - Müqaviləsi yeniləndi
Abbasovun “Sumqayıt”lı 2 ili - 15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət
“Sumqayıt” Abbasovla "davam" dedi - FOTO
Ayxan Abbasov rəsmən "Sumqayıt"da - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası