reklam
Bundesliqada yeni mövsümün başlayacağı tarix məlum oldu
Sportfm.az xəbər saytı

Bundesliqada yeni mövsümün başlayacağı tarix məlum oldu


Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. 

Sportfm.az xəbər verir ki, 2020/21 mövsümündə ilk turun matçları 18-21 sentyabrda baş tutacaq. 

Bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb. Qurum yeni mövsümün 11-14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb.

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi ikinci Bundesliqada da ilk tur 18-21 sentyabrda olacaq. 

Bundesliqada 2020-ci ilin son turu 18-21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək.

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq.

Qeyd edək ki, Bundesliqada 2019/20 mövsümünün qalibi "Bavariya" olub.

Oxşar xəbərlər

Bundesliqanın başlama tarixi açıqlandı - Yeni mövsümdə
“Arminiya” və “Ştutqart” qayıtdı
"Bavariya" Bundesliqada yeni rekorda imza atdı
20 yaşlı futbolçu Bundesliqada ən yaxşıdır
Bundesliqada ayın ən yaxşısı bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər