reklam
“Arminiya” və “Ştutqart” qayıtdı
Sportfm.az xəbər saytı

“Arminiya” və “Ştutqart” qayıtdı


Futbol üzrə Almaniya 1-ci və 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

Sportfm.az xəbər verir ki, elitanı tərk edən və əsas Bundesliqaya yüksələn komandalar da artıq bəllidi.

Belə ki, mövsümün yekunlarına əsasən, 20 xala malik “Paderborn” və 30 xalla 17-ci olan Düsseldorf “Fortuna”sı əsas Bundesliqanı tərk edib. Bu iki komandanı elitada 2-ci Bundesliqanın qalibi “Arminiya” və ikinci yeri tutan “Ştutqart” əvəz edəcək. Əsas Bundesliqada 16-cı olan “Verder” isə 2-ci Bundesliqada 3-cü pilləni tutan “Haydenhaym” ilə pley-off oyununda qüvvəsini sınayacaq. Qalib gələn tərəf növbəti mövsümdə əsas Bundesliqada mübarizə aparacaqsa, məğlub olan 2-ci Bundesliqanın iştirakçısı olacaq.

Qeyd edək ki, “Vehen” və Drezden “Dinamo”su 2-ci Bundesliqada son iki pilləni tutduqlarına görə aşağı liqaya yuvarlanıb. Onlardan öndə qərarlaşan “Nürnberq”in isə 2-ci Bundesliqada qalmaq üçün son şansı pley-off qarşılaşmasından qalib ayrılmaqdı.

Oxşar xəbərlər

Bundesliqada XIII tur - Nəticələr
Bundesliqanın yeni mövsümünün püşkü atıldı - 1-ci tur
"Verder" Bundesliqanı tərk edə bilər
"Bavariya" Bundesliqada yeni rekorda imza atdı
“Canavarlar” Bundesliqada qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər