reklam
Sportfm.az xəbər saytı

"Roy Kinin maliyyə tələbi də yüksək idi" -Vaqif Sadıqov


AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədliyi məsələsi üzərində ciddi müzakirə getməyib.

Sportfm.az xəbər verir ki, bu barədə milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, səbəb irlandiyalı mütəxəssisin irəli sürdüyü şərtlər olub: "Kinin həm maliyyə tələbi yüksək idi, həm də o, Azərbaycana yalnız yığmanın toplanışından-toplanışınadək gəlmək istəyirdi. Yəni Bakıda qalmaq niyyətində deyildi. Bu səbəbdən onun məsələsi çox da müzakirə olunmadı".

V.Sadıqov bildirib ki, millinin yeni baş məşqçisi seçimi italiyalı Canni De Byazi ilə yerli mütəxəssis Arif Əsədov arasında aparılıb. İcraiyyə Komitəsi üzvlərindən 8-i De Byazinin, 5-i isə Arif Əsədovun lehinə səs verib (Report) .

Oxşar xəbərlər

AFFA-dan açıqlama - De Byazinin taleyini İK həll edəcək
De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək - AFFA
Kimlər Arif Əsədova səs verib? - Məlum oldu
De Byazi Azərbaycan yığmasının baş məşqçisi oldu
AFFA yeni milli komanda yaratdı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər