"Keşlə"də işləməyə razılıq vermişəm" -Kamal Quliyev
"Tərlan Əhmədovdan mənə təklif gəlib. Sağ olsun, Allah onun köməyi olsun".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan millisi və "Neftçi"nin sabiq futbolçusu Kamal Quliyev deyib.
Yeni mövsümdən "Keşlə"də baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi fəaliyyət göstərəcək mütəxəssis tezliklə həmkarı ilə görüşəcək: "Oturub danışacağıq. Artıq "Keşlə"də işləməyə razılıq vermişəm. Ayın 10-dan yeni işimə başlayacağam".
Quliyev bildirib ki, bir müddət futboldan kənar qalmasına baxmayaraq, yenidən sevimli peşəsində çalışmaq onun üçün çətin olmayacaq: "Bu, mənim illərimi verdiyim peşədir. Necə çətin ola bilər? Sadəcə, bir az kənar düşmüşdüm. Sevimli sənətim olduğu üçün heç bir problem yaşamayacağam".
Qeyd edək ki, futbolçu kimi "Neftçi"də, 2003/2004 mövsümündə Ukrayna "Volın"ında və Azərbaycan millisində komanda yoldaşları olmuş Tərlan Əhmədovla Kamal Quliyev 2011 - 2013-cü illərdə "ağ-qaralar"da məşqçi kimi çalışıblar. (Report)
Oxşar xəbərlər
"Görürəm ki, futbola lazım deyiləm" - Tərlan Əhmədov
“Neftçi” və “Keşlə”yə qayıtmaram” – Tərlan Əhmədov
"Keşlə"nin məşqçiləri kimlər olacaq? - Təsdiqləndi
Tərlan Əhmədovla yola davam - "Keşlə" qərar verdi
Tanınmış azərbaycanlı baş məşqçinin acı taleyi: sürücü işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası