İstanbul klubundan göz yaşları ilə ayrıldı -FOTO
Futbol üzrə Yaponiya yığmasının sabiq üzvü Yuto Naqatomo Türkiyənin “Qalatasaray” klubundan ayrılıb.
Sportfm.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən gün İstanbul klubunun düşərgəsində sonuncu məşqinə çıxıb.
Məşqdən sonra o, bütün komanda yoldaşlarıyla və məşqçilər korpusu ilə vidalaşıb. Bu zaman Naqatomonun göz yaşlarını saxlaya bilməməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Naqatomo 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı İtaliyanın “İnter” klubundan icarəyə götürülmüşdü. Lakin legioner futbolçu sayının çox olması ilə əlaqədar bu ilin yanvar ayında onun müqaviləsi dondurulmuşdu. Buna baxmayaraq, təcrübəli futbolçu “Qalatasaray”ın düşərgəsində məşqlərini davam etdirirdi.
Super Liqada 65 oyuna çıxan Naqatomo “Qalatasaray”la iki dəfə Türkiyə çempionu olub.
Oxşar xəbərlər
“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi - 31 yaşında
Naqatomo Fransa komandasında - Transfer
“Qalatasaray” braziliyalı futbolçusunu göndərdi - RƏSMİ
"Qalatasaray" mundialda çıxış edən müdafiəçi ilə anlaşdı
"Əlimdə imkan olsaydı, növbəti mövsüm 11 yapon futbolçu alardım"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın yeni transferi – RƏSMİ
-
"Araz-Naxçıvan"ın bütün rəqibləri məlum oldu - Çempionlar Liqası
-
"Qarabağ" və "Neftçi"dən qələbə - Sabahın Ulduzları
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Zirə"yə qarşı - TV AFİŞA
-
Premyer Liqada 12 oyunun vaxtı açıqlandı















Misli Premyer Liqası