Sevgilisi ilə rəqs komandadan qovulmasına səbəb oldu -VİDEO
Portuqaliyanın Vitoria Setubal futbol klubunun yanvar ayında Romadan icarəyə götürdüyü Mirko Antonuççi sosial media düşkünlüyünə görə komandadan uzaqlaşdırılıb.
Sportfm.az xəbər verir ki, Portuqaliya liqasında Setubal Baovişta səfərində 3-1 hesabı ilə məğlub olduqdan bir neçə saat sonra Antonucci sevgilisi 22 yaşlı model Cinevra Lambruşi ilə rəqs etdiyi videosunu sosial mediada paylaşıb.
Bu paylaşım Setubal rəhbərliyinin hiddətinə səbəb olub və 21 yaşlı futbolçunun müqaviləsinə xitam verilib.
Hadisədən sonra Antonucci videonu silərək azarkeşlər və rəhbərlikdən üzr istəsə də, bu nəticəni dəyişməyib.
Qeyd edək ki, 6 aydır ki, sosial media fenomeni, model və influenser olan Cinevra ilə eşq yaşayır.
Oxşar xəbərlər
Dibalanın sevgilisi izləyiciləri üçün rəqs etdi - VİDEO VİDEO
Futbolçunu müğənniyə dəyişdi - FOTO
Dele Alli model sevgilisi ilə aləmi bir-birinə vurdu - FOTOLAR
Sevgilisi futbolçunun ölümünə səbəb oldu - FOTO
Şota Arveladzedən maraqlı rəqs - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası