30 ildən sonra gələn çempionluq -"Liverpul" bunu bacardı
"Liverpul" futbol klubu İngiltərə Futbol Çempionatının qalıbı olub.
Sportfm.az xəbər verir ki, ikinci yerdə olan "Mançester Siti" 31-ci turun oyununda "Çelsi" yə 1:2 hesabı ilə məğlub olub və Yurqen Kloppun komandasına çatmaq şansını itirib.
Beləliklə, "Liverpul" turnirin bitməsindən 7 tur əvvəl İngiltərə Premyer Liqasının çempionu oldu.
"Liverpol"un 86 xal, "Mançester Sitinin" 63 xalı var. "Liverpul" komandası 19 qat milli çempion oldu. Axırıncı dəfə o 1989/90 il mövsümündə birinci pilləyə yüksəlmişdi.
25 iyun
"Çelsi" - "Mançester Siti" - 2:1
Qollar: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")
"Bernli" - "Uotford" - 1:0
Qol: Rodriqes, 73
"Sauthempton" - "Arsenal" - 0:2
Qollar: Nketia, 20, Uillok, 86
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında möhtəşəm sonluq - "Mançester Siti" çempiondur
"Liverpul" finalda - Premyer Liqa
"Liverpul"dan böyükhesablı qələbə - Premyer Liqa
Premyer Liqada mövsümün rəmzi komandası
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası