Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Levandovskidən daha bir rekord
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqanın tarixinə düşüb.
Sportfm.az xəbər verir ki, polşalı qoleador çempionat tarixinin rekordunu yeniləyib.
O, çempionluğun erkən rəsmiləşdirildiyi “Verder”lə səfər oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə və ardıcıl 8-ci dəfə qızıl medalları qazandırıb.
Bu, polşalının cari mövsümdə 31-ci qolu olub.
Beləliklə, Levandovski Bundesliqada bir mövsümə ən çox qol vuran legioner adına şərik çıxıb. 2016/17 mövsümündə Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq da 31 qol vurmuşdu. Lakin polşalı son iki turda vuracağı qolla qabonlunu arxada qoymaq imkanına da malikdir.
Oxşar xəbərlər
Levandovskidən daha bir tarixi uğur - Ardıcıl 18 qələbə
Levandovskidən daha bir rekord - Qolların sayı 251 oldu
Levandovskidən yeni rekord - 10 qol vurdu
Polşalı futbolçudan yeni rekord - FOTO
Levandovski yeni rekord müəyyənləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası