Levandovski yeni rekord müəyyənləşdirdi
Almaniya Bundesliqasının 11-ci turunda "Bayern"in "Borussia Dortmund"u 4:0 hesabıyla məğlub etdiyi oyun Robert Levandovski üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, Levandovski yeni rekord müəyyənləşdirib. Oyunda iki qolla yadda qalan polşalı hücumçu, Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. Bundan əvvəl Köln-ün keçmiş futbolçusu Klaus Allofs və "Borussia"nın keçmiş forvardı Pyer-Emerik Obameyanq ardıcıl 10 oyunda qol vurmağı bacarmışdı.
Sözügedən futbolçuların qol seriyası iki mövsüm ərzində baş versə də, Levandovski bir mövsümdə ardıcıl 11 oyunda qol vurmağı bacararaq, rekord müəllifi olub.
Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 18 oyunda iştirak edən 31 yaşlı futbolçu, 23 qolla yadda qalıb.
Oxşar xəbərlər
Levandovski “Barselona”da tarix yazdı
Levandovskidən yeni rekord - 10 qol vurdu
Levandovskidən daha bir rekord
Polşalı futbolçudan yeni rekord - FOTO
Ronaldodan yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı














Misli Premyer Liqası